Seylor Yupiter

Seylor Yupiter
Seylor Yupiter "Sailor Moon Crystal" animesindən.
Franşiz(lər)"Seylor Mun"
Yayın tarixi"Seylor Mun" #5: "Makoto — Seylor Yupiter" (1992)
YaradanNaoko Takeuçi
Manqadavar
Animedəvar
Profil
Əsl adıMakoto Kino
İngilis versiyasıLita Kino
Növüinsan
Cinsiqadın
Doğum tarixi5 dekabr 1978 (Oxatan) (manqa)[1]
Yaşı14-16
Boyu168 sm[2]
Qan qrupu0(I)
Ləqəb(lər)iŞahzadə Yupiter
KomandalarıSeylor döyüşçüləri, Kölgə Qalaktika
Güclərielektriki idarə etmək, manipulyasiya etmək, bəzi bitki növlərini idarə etmək

Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto?) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.

Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur.[3][4] Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir.

Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür.[5] Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır.

  1. Guardian Senshi. "Profile: Sailor Jupiter" (ingilis). 20 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  2. "Sailor Jupiter Profile" (ingilis). Writeups. 20 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  3. Takeuchi, Naoko. Materials Collection. Kodansha. September 1999. səh. 12. ISBN 4-06-324521-7.
  4. "Sailor Jupiter" (ingilis). 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  5. CrystalComparions. "ACT 17: SECRET -SAILOR JUPITER-" (ingilis). 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy